Admiral Şəmxani heç bir KİV-ə müsahibə verməyib
Tarix: 07-01-2020 20:28 | Bölmə: Dünya
Admiral Şəmxani heç bir KİV-ə müsahibə verməyib

“Ali Milli Təhlükəsizlik Şurasının katibi heç bir mediaya müsahibə verməyib”.

Reyting.az
“ISNA” agentliyinə istinadla xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.

Bəyanatda deyilir: “Ali Milli Təhlükəsizlik Şurasının katibi heç bir mediaya müsahibə verməyib. Ali Milli Təhlükəsizlik Şurası və onun Katibliyi ilə bağlı bütün xəbərlər, hesabatlar və mövqelər, habelə Ali Şuranın katibi ilə müsahibələr yalnız Şuranın rabitə və informasiya mərkəzi vasitəsilə mümkündür. Ali Şuraya, Katibliyə və vəzifəli şəxslərə aid olan materiallar, qeyd olunan kanal xaricində yayımlanarsa, etibarsızdır və cinayət məsuliyyəti doğurur”.

Sənəddə xəbərin mənbəyi kimi yanvarın 6-da nəşr edilmiş yerli bir qəzet göstərilib.

Xatırladaq ki, İran KİV-ləri “Fars” agentliyinə istinadla xəbər verib ki, Şuranın katibi Əli Şəmxani İranın ağır qisası barədə açıqlama verib. Məlumatda 13 ssenari variantının olduğu qeyd olunur və bu açıqlamada yer alırdı: “Bəzi mülahizələrə görə, hazırda mediaya daha çox məlumat verə bilmərik, ancaq İran millətinin böyük qəhrəmanının qanlı qisasının alınacağına söz veririk. Vahid əməliyyat şəklində aparılacaq qisasın bu günə qədər 13 intiqam ssenarisi mövcuddur”.

Admiral Əli Şəmxani bildirib ki, hətta ən zəif ssenari amerikalılar üçün tarixi bir kabus ola bilər.

İran rəsmisi bildirib ki, ümumən 19 ABŞ hərbi bazasının, o cümlədən İranın şərqində və qərbində yerləşən 11 əsas, İranın şimal və cənubundakı əlavə 8 baza artıq yüksək hazırlıq vəziyyətindədir; o əlavə edib: "Biz onların hərbi texnikalarının vəziyyəti və ən kiçik hərəkətlərini izləyirik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər