Pentaqon rəhbəri: "ABŞ İranla vəziyyətin diplomatik həllini axtarır"
Tarix: 07-01-2020 23:59 | Bölmə: Dünya
Pentaqon rəhbəri: "ABŞ İranla vəziyyətin diplomatik həllini axtarır"

"Birləşmiş Ştatlar general Qasım Süleymaninin öldürülməsindən sonra İranla münaqişənin diplomatik həllini axtarır".

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.

“Biz diplomatik həll yolu axtarırıq, amma əvvəlcə İran de-eskalasiyaya getməlidir”, - Esper belə deyib.

Pentaqon rəhbəri Vaşinqtonun İranla müharibə istəmədiyini bir daha təkrarlayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər