İsrailli general: “General Süleymaniyə sui-qəsdlə heç bir əlaqəmiz yoxdur”
Tarix: 08-01-2020 18:45 | Bölmə: Dünya
İsrailli general: “General Süleymaniyə sui-qəsdlə heç bir əlaqəmiz yoxdur”

"İsrail qətllə əlaqəli deyildi və onu bu məsələyə sürüklənəcək heç bir səbəb yoxdur".

Reyting.az
“Time of İsrael”-ə istinadla xəbər verir ki, bu, İsrailin yüksək səviyyəli hərbi rəsmisinin general Süleymaninin öldürülməsi ilə bağlı verdiyi ilk açıqlamadır.

İsrail ordusunun Cənub Komandanlığının rəisi general Herzi Halevi yəhudi dövlətini hadisədən uzaqlaşdırıb, sui-qəsdin İraqda nüfuz uğrunda İran və ABŞ arasında davam edən mübarizənin bir hissəsi olduğunu söyləyib.

“Süleymani Amerikanın maraqlarına xələl gətirdi və bölgədəki amerikalılar üçün əhəmiyyətli bir təhlükə yaradırdı. Sui-qəsdə İran və ABŞ arasında İraqa nəzarət uğrunda aparılan mübarizənin bir hissəsi kimi baxmalıyıq. Mahiyyət budur".

General Herzi Halevi daha sonra bildirib:

"Sui-qəsd həm də israillilər kimi bizim üçün də çox təhlükəlidir və biz onu yaxından izləməliyik, amma burada əsas hekayət iştirakçısı deyilik və bunun çox uzaqda baş verməsi yaxşı haldır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər