İranın XİN rəhbəri: “ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”
Tarix: 08-01-2020 23:37 | Bölmə: Dünya
İranın XİN rəhbəri: “ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”

“ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”.

“ISNA” agentliyi xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Region dövlətləri ABŞ-ın təhlükəli sərgüzəştlərindən ciddi narahatdırlar. ABŞ-a qarşı mövcud olan nifrət miqyasına əsaslanasaq, ölkənin bölgədəki mövcudluğuna bir neçə gün qalıb. Əlbəttə, ABŞ-ın bölgədə gələcəyi yoxdur.

Cəhalət və təkəbbür birləşərsə, təhlükəli nəticələrə səbəb olar. Son addımların nəticəsi göstərdi ki, ABŞ prezidenti Donald Tramp məhz belə insanlarla əhatə olunub”, - o, qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər