BMT-dən Trampın İranla bağlı açıqlamalarına reaksiya: "Alqışlayırıq"
Tarix: 09-01-2020 00:13 | Bölmə: Dünya
BMT-dən Trampın İranla bağlı açıqlamalarına reaksiya: "Alqışlayırıq"

BMT-nin baş katibi Antoni Quterreş prezident Donald Trampın İranın İraqdakı ABŞ hərbi obyektlərinə raket hücumundan sonra verdiyi açıqlamasını alqışlayır. 

TASS-ın verdiyi xəbərə görə bu barədə çərşənbə günü BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarriç keçirdiyi brifinqdə bildirilib.

"Biz ABŞ prezidentinin qarşıdurmanın aradan qaldırılmasına yönəlik istənilən ifadəsini alqışlayırıq”, -  deyə Dujarriç vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp televiziya vasitəsilə ABŞ-ın İranla barışmağa hazır olduğu mesajını verib, bununla belə, İrana qarşı iqtisadi sanksiya tətbiq ediləcəyini söyləyib/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}