17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ-ın hərbi təyyarələri İrana qarşı qaldırıldı - Videolar
Tarix: 09-01-2020 12:24 | Bölmə: Dünya
ABŞ-ın hərbi təyyarələri İrana qarşı qaldırıldı

ABŞ ilə İran arasında yaşanan gərinliyin yeni detalları üzə çıxıb.

Reyting.az
xəbər verir ki, İran Qasim Süleymaninin qisasını almaq üçün İraqdakı ABŞ hərbi bazasına raket zərbələri endirdiyi an Birləşmiş Ştatların Almaniya və Türkiyədəki bazalarında bombardmançı təyyarələri hərəkətə gətirilib.

Dünən ABŞ-ın İraqdakı səfirliyi önündə iki partlama meydana gəldiyi zamanda Almaniyadakı “Ramstein” hava bazasında təyyarələr havaya qaldırılıb.

Həmin təyyarələrin havaya qaldırıldığı anı “Associated Press” Agentliyi lentə ala bilib.

Qeyd edək ki, “Ramstein” hava bazası ABŞ-ın Avropadakı hava qüvvələrinin qərargah mərkəzidir və açar rola malikdir.

Onunla eyni zamanda Türkiyədəki İncirlik hazasında da müəyyən hərəkətlilik özünü göstərib.

Videolardan görünür ki, ABŞ İran həmləsi zamanı özünün bombardmançı təyyarələrini havaya qaldırıb. Bu isə o anlamı verib ki, əgər əməliyyatlar əndazəni aşıb müharibə həddinə çatsaydı, bombardmançılar İrana aid bazalara zərbə endirə bilərmiş.

Videoları təqdim edirik:







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}