Şiə lideri: “ABŞ-İran böhranı başa çatıb, Amerika İraqdan çıxmalıdır”
Tarix: 09-01-2020 18:22 | Bölmə: Dünya
Şiə lideri: “ABŞ-İran böhranı başa çatıb, Amerika İraqdan çıxmalıdır”

İraq şiələrinin ən böyük təşkilatlanması olan Sədr Hərəkatının lideri Müqtəda əl-Sədr bəyan edib ki, ABŞ və İran arasında son günlər müşahidə olunan hərbi-siyasi böhran bitib.

Reyting.az
xəbər verir ki, Şiə hərəkatının lideri ABŞ prezidenti Donald Trampın İranı şərtsiz danışıqlara dəvət etməsindən sonra bu açıqlamanı verib.

Əl-Sədr bəyan edib ki, kriz səhifəsi İran dövləti və xüsusilə Trampın son açıqlamaları ilə qapanıb.

İraqda son 15 gün içərisində hökumətin qurulmasının vacibliyini dilə gətirən hərəkat lideri deyib ki, hökumətə başçılıq etmək üçün 5 namizəd müəyyən edilməli və bunlardan biri seçilərək İraqı növbədənkənar seçkilərə hazırlamalıdır:

“Siyasi qrupların duymazsızlığı və etirazçıların inadı artıq başa çatmalıdır”.

Müqtəda əl-Sədr xarici müdaxilələrə qarşı səbrlərinin tükənmək üzrə olduğunu bəyan edərək ABŞ-ın İraqdakı mövcudluğunun başa çatdırmasının vaxtının çatdığını bildirib.

Şiə milis qüvvələri olan Həşdi-Şəbin ABŞ hədəflərinə qarşı hərbi variantdan istifadə etməməyə çağıran Sədr mümkün ABŞ hücumlarına məruz qalmamaları üçün onlara İraqdakı bürolarını qapatmağı təklif edib.

Xatırladaq ki, İranın ABŞ əsgərlərinin olduğu Ayn əl-Əsəd və Ərbil bazasına raket hücumundan sonra Donald Tramp rəsmi Tehranı dialoqa çağırıb.

Əlavə edək ki, Müqtəda əl-Sədr İraqda xüsusi gücə malik qüvvənin təmsil edir. Son parlament seçkilərində onun lideri olduğu hərəkat seçicilərin böyük əksəriyyətinin səsini alıb. Buna baxmayaraq Sədr müxalifətdə qalacağını elan edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər