ABŞ-ın Bağdaddakı hərbi bazası yaxınlığına daha bir raket atıldı
Tarix: 09-01-2020 23:46 | Bölmə: Dünya
ABŞ-ın Bağdaddakı hərbi bazası yaxınlığına daha bir raket atıldı

İraqın paytaxtı Bağdaddan şimaldakı Əd-Dudjeyl (Salah-əd-Din vilayəti-red) ərazisindəki "Balad" aviabazası yaxınlığında raket düşüb.

Bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən İraqın “Al Sumaria” telekanalı bildirib.

Raketin hansı istiqamətdən atıldığı məlum deyil.

“Mawazin News” informasiya portalı da xəbəri təsdiqləyib. Portal bildirib ki, raket atəşi nəticəsində zərər çəkən olmayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, “Balad” ABŞ-ın İraqdakı aviabazasıdır. Baza yanvarın 4-də də raket atəşinə tutulub. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raket atılıb/Report




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}