Tacikistanla sərhəddə baş verən toqquşmalara görə qırğızlar təxliyyə edilib
Tarix: 10-01-2020 12:16 | Bölmə: Dünya
Tacikistanla sərhəddə baş verən toqquşmalara görə qırğızlar təxliyyə edilib

Tacikistanla sərhəddə baş verən toqquşmalara görə Qırğız Respublikasının Kök-Taş kəndinin sakinləri təxliyyə edilib və təhlükəsizlik məqsədi ilə məktəb binasına yerləşdiriliblər.

Bu barədə RİA “Novosti”yə Qırğız Respublikasının Batken vilayəti administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, sərhədyanı Daxma bölgəsinin sakinləri də təhlükəsiz yerə təxliyyə edilib.

Qeyd edək ki, Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yanvarın 10-na keçən gecə naməlum şəxslər qırğızların bir neçə avtomobilinə və evinə daş atıblar. Hadisə yerinə gələn sərhədçilər kiçik kalibrli silahlardan atəşə tutulub. DSX-nın məlumatlarına görə, atəş Tacikistan tərəfdən açılıb.

Qeyd olunur ki, hazırda atışma dayanıb.

Ümumiyyətlə, iki ölkənin sərhədi vaxtaşırı yerli əhali və ya iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Əsas səbəb dövlətlər arasındakı sərhədin haradan keçdiyini müəyyənləşdirməyin mümkün olmadığı məntəqələrdə delimitasiyanın olmamasıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər