Rusiya hərbi xərclərini artırır: 24 milyard dollar
Tarix: 10-01-2020 17:57 | Bölmə: Dünya
Rusiya hərbi xərclərini artırır: 24 milyard dollar

2020-ci ildə Rusiya ordusunun təchizatına 24 milyard dollar (1 tirliyon 500 milyard rubl) xərclənəcək.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, Rusiya Silahlı Qüvvələrinin təchizatı üçün 2020-ci ildə 1 tirliyon 500 milyard rubl üzərində büdcə nəzərdə tutulub: “Bu maliyyənin 68 faizə qədəri modern silah sistemlərinin alınmasına ayrılacaq”.

Qeyd edək ki, 2019-cu ildə Rusiya ordusunun təchiz edilməsi üçün 1 tirliyon 400 milyard rubl ayrılıb.

Rəqəmlər göstərir ki, Rusiya öz ordusunun maliyyələşdirilməsini gücləndirir. Son bir ildə orduya ayrılan vəsait 100 milyard rubl artırılıb.

Qeyd edək ki, hazırda Rusiya müasir silah və ordunun təchizatı kimi məsələlərdə ABŞ, Çin və digər qabaqcıl ölkələrlə rəqabət aparır və NATO ilə açıq qarşıdurmadadır. ABŞ Silahlı qüvvələrinin illik büdcəsi isə 700 milyard dollardan çoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər