Gürcüstanda parlament seçkilərinə 14 milyon dollardan çox vəsait xərclənəcək
Tarix: 13-01-2020 16:58 | Bölmə: Dünya
Gürcüstanda parlament seçkilərinə 14 milyon dollardan çox vəsait xərclənəcək

Gürcüstanda bu il keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari (14,8 milyon dollar) vəsait ayrılacaq.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Vəsaitin böyük hissəsi - 19,5 milyon lari olmaqla əməkhaqqılarının ödənilməsinə sərf ediləcək.

Seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq təlimlər üçün 1 061 000 lari, seçki subkeyktlərinin televizayada reklamı üçün isə 2 111 674 lari həcmində vəsait nəzərdə tutulub.

Seçki subyektlərinin maliyyələşdirilməsinə 7 238 050 lari yönəldiləcək.

Qeyd edək ki, qonşu ölkədə qanunverici orqana seçkilər oktyabrda baş tutmalıdır/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}