Moskvada atəşkəs haqqında razılıq baş tutmayıb
Tarix: 14-01-2020 08:19 | Bölmə: Dünya
Moskvada atəşkəs haqqında razılıq baş tutmayıb

Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftar və Liviya Nümayəndələr Palatasının spikeri Akila Saleh İsa Liviyanın Milli Razılıq Hökuməti Faiz Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Liviyanın “LANA” xəbər agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

“Nümayəndələr Palatasının spikeri və Liviya Ərəb Silahlı Qüvvələrinin Baş Komandanı Tripolinin paytaxtında qeyri-konstitusional Milli Razılıq Hökumətinin başçısı Faiz Sarracla və onun heyəti ilə atəşkəs və ya qoşunların ordunun işğal etdiyi ərazilərdən çıxarılmasını təmin edən heç bir razılaşma imzalamadan Liviya istiqamətində Rusiyanın paytaxtı Moskvanı tərk edib”, - deyə mənbə bildirib.

Bunun Tripolinin cənubunda silahlı qarşıdurmaların yenidən başlaması fonunda baş verdiyi qeyd olunur. “Al Hadath” televiziya kanalı Liviya ordusunun “qələbə əldə etməyə hazır və qətiyyətli olduğunu” bəyan etməsilə bağlı açıqlamasına istinadən bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər