Suriyanın hərbi hava limanına raket zərbələri endirilib
Tarix: 15-01-2020 08:56 | Bölmə: Dünya
Suriyanın hərbi hava limanına raket zərbələri endirilib

Suriyanın Homs əyalətindəki T4 hərbi hava limanına dronlar vasitəsilə raket zərbələri endirilib.

“Reuters” xəbər verir ki, Suriyanın hərbi hava qüvvələri bu hücumların qarşısını ala bilib.

Yerli dövlət televiziyasının məlumatına görə, dron və bir sıra raket mərmiləri ordu tərəfindən zərərsizləşdirilib.

Lakin aviabazaya hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, İsrail Suriyadakı İranın dəstəklədiyi qruplaşmaları dəfələrlə bombalayıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}