Putin Rusiya hökuməti haqqında fərman imzalayıb
Tarix: 15-01-2020 21:45 | Bölmə: Dünya
Putin Rusiya hökuməti haqqında fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Hökuməti haqqında” Fərman imzalayıb və Baş Nazir vəzifəsinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, fərmanın birinci bəndi kabinetin istefasını elan edir.

“Rusiya Federasiyası Hökuməti Başçısının vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilsin. Rusiya Federasiyasının yeni hökuməti qurulana qədər hazırkı hökumətə vəzifələrini icra etmək tapşırılsın”, - deyə sənəddə qeyd olunub.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər