Senat ABŞ prezidentinin impiçmentini müzakirəyə çıxarır
Tarix: 16-01-2020 08:46 | Bölmə: Dünya
Senat ABŞ prezidentinin impiçmentini müzakirəyə çıxarır

Bu gün ABŞ Senatı prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamları müzakirə edəcək.

RİA “Novosti” xəbər verir ki, bu barədə respublikaçı əksəriyyətin lideri Mitç Makkonnel bildirib.

Senatda çıxış edən Makkonnell deyib ki, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 21:00-da) Nümayəndələr Palatasından olan ittihamçıları dinləyəcəklər. Palatanın üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Həmin gün senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.

Qeyd edək ki, Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}