18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyada nazir həbs olundu - Rüşvətə görə
Tarix: 16-01-2020 17:27 | Bölmə: Dünya
Rusiyada nazir həbs olundu - Rüşvətə görə

Rusiya Federasiyasının Komi Respublikasının Daxili İşlər naziri Viktor Polovnikov rüşvət almaqda şübhəli bilinərək həbs olunub.

Bu barədə Komi Respublikasının İstintaq Komitəsinin rəsmi saytında məlumat verilib.

"Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə istintaq orqanları, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinən Komi Respublikasının Daxili İşlər nazirinə qarşı cinayət işi açıb. Şübhəli şəxs saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə baxılır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, V.Polovnikov 2015-ci ilin may ayından bu vəzifədə çalışıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər