18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyənin "Anadolu" agentliyinin Misirdə saxlanılan əməkdaşlarından biri sərbəst buraxıldı
Tarix: 16-01-2020 23:22 | Bölmə: Dünya
Türkiyənin "Anadolu" agentliyinin Misirdə saxlanılan əməkdaşlarından biri sərbəst buraxıldı

Yanvarın 14-də Misir polisinin həbs etdiyi Türkiyənin "Anadolu" agentliyinin (AA) 4 əməkdaşından biri sərbəst buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə AA-nın Baş direktoru Şenol Qazançı açıqlama yayıb.

O bildirib ki, başda BMT olmaqla, dünyanın bəzi ölkələrinin, o cümlədən beynəlxlaq media qurumlarının ard-arda etirazlarından sonra saxlanılan əməkdaşlarından biri az əvvəl buraxılıb: "Misirdə saxlanılan 4 əməkdaşımızdan biri - Hilmi Balçı az əvvəl azad edilib. Digər 3 əməkdaşımızın da buraxılmasını gözləyirik".

Xatırladaq ki, yanvarın 14-də saat 18 radələrində Misir polisi qəfildən agentliyin Qahirədəki ofisinə daxil olublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ofisdə müşahidə kameralarının fəaliyyətini dayandırıb, internet şəbəkəsini kəsib. Ofisdə axtarışlar yanvarın 15-i səhərə qədər davam edib. Agentliyin əməkdaşlarının şəxsiyyət vəsiqələri, mobil telefonları və kompüterləri götürülüb, agentliyin mərkəzi ofisi və əməkdaşların ailə üzvləri ilə əlaqə saxlamaq cəhdlərinin qarşısı alınıb.

Polis agentliyin Qahirə ofisinin vəkilinə hər hansı informasiya verməkdən imtina edib. Vəkil ofisdən çıxarılıb, axtarış davam etdirilib. Hadisəyə BMT tərəfindən də etiraz bildirilib və saxlanılanların dərhal azad edilməsi tələb olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər