Ukraynanın baş naziri istefa verib
Tarix: 17-01-2020 12:21 | Bölmə: Dünya
Ukraynanın baş naziri istefa verib

Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa verib.

O, bunu "Facebook" səhifəsində yazıb.

Baş nazir deyib ki, Prezident Vladimir Zelenskiyə istefa ilə bağlı ərizə yazıb.

O, bunu prezidentə olan hörmət və etibarın şübhə altına alınmaması üçün etdiyini bildirib.

Qeyd edək ki, yanvarın 15-də "Prezidenti necə aldatmaq olar" "Youtube" kanalı baş nazir Aleksey Qonçaruk, maliyyə naziri Oksana Markarova, Milli Bankın rəhbəri Yakov Smoli və onun müavini Yekaterina Rojkovaya aid olduğu iddia edilən telefon danışığının səs yazısını yayıb. Səs yazısında onlar dövlət başçısı Vladimir Zelenskini "axmaq prezident" adlandırırlar və ona qrivna kursunun möhkəmlənməsinin səbəblərini başa salacaqlarını deyirlər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər