Ermənistan parlamentində terror törədən şəxs Paşinyana məktub yazdı
Tarix: 17-01-2020 13:33 | Bölmə: Dünya
Ermənistan parlamentində terror törədən şəxs Paşinyana məktub yazdı

1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki terrora görə ömürlük azadlıqdan məhrum edilən Nairi Unanyan Baş nazir Nikol Paşinyana məktubla müraciət edib.

Reyting.az
Ermənistan KİV-nə istinadla xəbər verir ki, Baş nazirin informasiya və ictimai əlaqələr üzrə aparatından bu məktubun məzmununun açıqlanmayacağı bildirilib.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxs parlamentin binasına daxil olaraq deputatlara və hökumət üzvlərinə atəş açıblar.

Terror zamanı parlamentin spikeri Karen Dəmirçiyan, Ermənistanın Baş naziri Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan ölüblər.

Nairi Unanyan terrora, vətənə xəyanət, qanunsuz silah tətbiq etməyə görə ömürlük azadlıqdan məhrum olunub. Ondan başqa Karen Unanyana, Vram Qalstyana, Derenik Bedjanyana, Edik Qriqoryana və Aşot Knyazyana da ən ağır cəza verilib. Hamlet Stepanyan isə 14 il azadlıqdan məhrum olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər