Yunan baş nazir Türkiyəni hədələdi: “Veto hüququmuzdan istifadə edəcəyik"
Tarix: 17-01-2020 17:46 | Bölmə: Dünya
Yunan baş nazir Türkiyəni hədələdi: “Veto hüququmuzdan istifadə edəcəyik"

"Türkiyəyə qarşı veto hüququmuzdan istifadə edəcəyik".

Reyting.az
“Alpha TV”-yə istinadla xəbər verir ki, bunu yanvarın 19-da Berlində keçiriləcək Liviya Konfransına dəvət edilməyən Yunanıstan baş naziri Kiryakos Midzotakis bildirib.

Baş nazir Angela Merkel tərəfindən konfransa dəvət edilmədiyinə görə Almaniya kanslerini kəskin tənqid edib.

O deyib: "Bölgədə sabitliyə töhfə verən Yunanıstanın iclasa çağırılmaması yolverilməzdir".

Baş nazir Avropa Birliyi rəsmilərinə məktublar göndərdiyini söyləyib. Türkiyə ilə Liviya arasında imzalanan razılaşmanın qanuni olmadığını ifadə edən Midzotakis bu razılaşmanın ləğv edilməməsi halında heç bir siyasi həlli olmayacağını bildirib. "Türkiyə bölgədə geosiyasi rol oynamaq istəyir. Bizim boru xətti Avropanın maraqlarına cavab verir. ABŞ da Yunanıstanın təhlükəsizliyinə zəmanətçidir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər