Senatda Trampın mühakiməsinə başlayıblar – Üç epizod üzrə
Tarix: 22-01-2020 13:36 | Bölmə: Dünya
Senatda Trampın mühakiməsinə başlayıblar

ABŞ prezidenti Donald Trampla bağlı impiçment prosedurunun başlandığı Senatda respublikaçı senatorlar demokratların “Ağ Ev Ukrayna mövzusunda informasiyaları məhkəməyə təqdim etməlidir”,- tələbini rədd ediblər.

Reyting.az
xəbər verir ki, Senatda başlayan ilk impiçment iclasında demokrat və respublikaçı senatorlar arasında ciddi fərqli mövqelər ortaya çıxıb.

Prezident Trampa qarşı ittihamın formalarının müzakirə edildiyi iclasda demokrat prokurorun vəkilləri ilə Trampın vəkilləri bir-birlərini əks arqumentlərlə zərərləşdirməyə çalışıblar.

İclasda demokratların üç tələbi səs çoxluğu ilə rədd edilib.

Birinci epizodda demokratların Senatdakı azlığının lideri Kuk Şumer Ukrayna araşdırması çərçivəsində Ağ Evdən əlavə informasiyaların təqdim edilməsini özündə ehtiva edən təklifini Senat rəhbərliyinə təqdim edib. Ancaq bu tələb 47 səsə qarşı 53 səslə rədd edilib. Bu səsvermədə respublikaçı senatorların hər biri partiya cizgilərinə sadiq qalıblar. Kuk Şumerin tələbini isə yalnız 47 demokrat senator dəstəkləyib.

İkinci epizodda Kuk Şumerun eyni formada Dövlət Departamentindən qeyd və sənədlərin təqdim edilməsi tələbi də, 47-yə qarşı 53 səslə qəbul edilməyib.

Üçüncü epizod üzrə Ağ Evin idarə edilməsi və büdcə idarəsinin qeyd və sənədlər tələbinin qarşısı da 53 senatorun səsi ilə kəsilib.

Senatdakı ilk impiçment toplantısında demokratların adından prokurorluq edən Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiff senata əlavə şahidlərin dəvət edilməsinin vacibliyini açıqlayıb.

ABŞ prezidentinin vəkili Sekulov isə Trampa qarşı irəli sürülən ittihamların əsassız olduğunu, prezidentin Ukraynaya hərbi yardımının bir səbəbə görə dayandırılmadığını qeyd edib və demokratların dəlillərinin çoxunun uydurma olduğunu dilə gətirib.

Qeyd edək ki, impiçment prosedurunun Senatda müzakirəsi davam edəcək. Müşahidəçilər bu “savaşdan” D. Trampın qalib çıxacağına əmindirlər. Əgər Tramp respublikaçı tərəfdarlarının çoxluq təşkil etdiyi Senatda qalib gələrsə, onun ikinci dəfə prezident seçilməsinin qarşısını almaq mümkün olmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər