18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ərdoğan zəlzələ bölgəsində: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"
Tarix: 25-01-2020 18:41 | Bölmə: Dünya
Ərdoğan zəlzələ bölgəsində: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda zəlzələ nəticəsində ölən Ayşe Civelek və 10 yaşlı oğlu Məhəmməd Salihin vida mərasimində iştirak edib.

“Anadolu” xəbər verir ki, dövlət başçısı mərasimdə çıxış edib. 

R.T.Ərdoğan zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcəyini, heç kəsin diqqətdən kənarda qalmayacağına söz verib.

O deyib ki, zəlzələnin nəticələri qısa müddətdə aradan qaldırılacaq, qəzalı vəziyyətə düşən binalar söküləcək, yerində yeniləri tikiləcək: “İndiyə qədər bir çox zəlzələrin şahidi olmuşuq, ancaq millətimiz zəlzələlər zamanı həmişə səbirlə davranıb və çətinliklərin öhdəsindən məharətlə gəlib”.

Türkiyə prezidenti zəlzələ nəticəsində ölən ana və uşağın cənazəsini çiyinində daşıyıb.

R.T.Ərdoğan daha sonra axtarış-xilasetmə işlərinin gedişatı ilə maraqlanmaq üçün şəhərin Sürsürü məhəlləsinə gedib.

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb. Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər