Sərnişin təyyarəsi "Taliban"ın nəzarət etdiyi əraziyə düşdü - Yenilənib
Tarix: 27-01-2020 14:47 | Bölmə: Dünya
Sərnişin təyyarəsi "Taliban"ın nəzarət etdiyi əraziyə düşdü

Əfqanıstanda dövlətə aid "Ariana Afghan" şirkətinin sərnişin təyyarəsi  hələlik məlum olmayan səbəbdən alovlanaraq, "Taliban" qüvvələrinin nəzarət etdiyi əraziyə düşüb.

Reytng.az
Türkiyənin "Haberler.com" portalına istinadla bildirir ki, göyərtisində 83 nəfərin olduğu təyyarə qəzaya uğramadan əvvəl alovlanıb: "Paytaxt Kabildən Herat şəhərinə gedən təyyarə qəfildən alovlanaraq, "Taliban"ın nəzarət etdiyi Deh Yak adlı dağlıq bölgəyə düşüb. Rəsmi məlumata görə, təyyarədə 83 sərnişin var. Onların sağ qalıb-qalmaması bilinmir".

Məlumata görə, əraziyə ölkənin xüsusi təyinatlıları yeridilib: "Dövlət yerli qüvvələrən də dəstək istəyib".

***

Əfqanıstanda ABŞ-a məxsus olduğu bildirilən təyyarənin vurulmasına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

“Taliban” təyyarənin vurulduğunu təsdiqləyib.

Xatırladaq ki, bu gün səhər Qəzni vilayətinin mərkəzisində, “Taliban” qüvvələrinin nəzarət etdiyi ərazidə təyyarə qəzası baş verib. 1TVNews telekanalının məlumatına görə, bu, hərbi təyyarə olub və koalisiya qüvvələri tərəfindən istifadə olunub. Bundan əvvəl, hadisə şahidlərinin məlumatına görə, yerli sakinlər əcnəbi pilotun meyitini tapıblar. Təyyarədə 15 nəfərin olduğu bildirilir. (apa)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər