18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ərəb Dövlətləri Liqası: “Əsrin sazişi” fələstinlilərin öz torpaqlarına olan hüquqlarını pozur”
Tarix: 29-01-2020 15:54 | Bölmə: Dünya
Ərəb Dövlətləri Liqası: “Əsrin sazişi” fələstinlilərin öz torpaqlarına olan hüquqlarını pozur”

ABŞ-ın İsrail-Fələstin münaqişəsinin həlli üzrə planına ilk baxış fələstinlilərin öz torpaqlarına olan hüquqlarının pozulduğunu göstərir.

RİA “Novosti” xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt bildirib.

Regional təşkilatın baş katibinin fikrincə, ABŞ-ın sülh planı yalnız tərəflər arasında danışıqlardan sonra uğurlu ola bilər: "ABŞ-ın məsələyə baxışını diqqətlə araşdırırıq. Sülhə nail olmaq üçün edilən hər cür səylərə açığıq... Ancaq (ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən – red.) planla ilk tanışlıq fələstinlilərin öz torpaqlarında qanuni hüquqlarının ciddi şəkildə pozulduğunu və təqdim olunan bir çox güzəşt ideyalarının yolverilməzliyini göstərir”.

Əhməd Abul Qeyt həmçinin qeyd edib ki, İsrailin 1967-ci ildən bəri Fələstin ərazilərini işğal etməsinə və ya bu işğalı qanuniləşdirməsinə göz yummaqla ədalətli və davamlı sülhə (fələstinlilər və israillilər arasında – red.) nail olmaq mümkün deyil.

O əlavə edib ki, Fələstinin mövqeyi ABŞ-ın sülh planı üzrə ərəb ölkələrinin kollektiv mövqeyinin formalaşmasında həlledici olacaq.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası Şurası fevralın 1-də xarici işlər nazirləri səviyyəsində "Əsrin sazişi” planının müzakirəsi üzrə təcili iclas keçirəcək.

Xatırladaq ki, dünən “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən prezident Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli üzrə “əsrin sazişi” planı hazırladığını bəyan edib. Plan məlum ərazidə iki dövlət – paytaxtı Şərqi Qüds olan ərəb və yəhudi dövləti yaradılmasını nəzərdə tutur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər