18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Səfir: “Böyük Britaniyanın Aİ-dən çıxması Avropadan ayrılmaq demək deyil”
Tarix: 30-01-2020 12:50 | Bölmə: Dünya
Səfir: “Böyük Britaniyanın Aİ-dən çıxması Avropadan ayrılmaq demək deyil”

“Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması Avropadan ayrılmaq demək deyil”.

Bunu “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin yanvarın 31-də Aİ-dən çıxacağını şərh edərkən deyib.

"Biz Avropa ölkəsiyik. Avropalı tərəfdaşlarımızla ortaq tariximizi, dəyərlərimizi və maraqlarımızı bölüşürük. Biz həmçinin xarici siyasət çərçivəsində Aİ ilə sıx işləməyə davam edəcəyik. Bundan əlavə, Aİ ilə əməkdaşlıq üçün ən vacib mövzulardan biri iqlim dəyişikliyidir. Belə ki, bu il BMT-nin iqlim dəyişikliyinə dair sammitinə ev sahibliyi edəcəyik. İtaliya ilə birlikdə ona sədrlik edəcəyik. Bu, Aİ ilə sıx əməkdaşlığımızın bariz nümunəsidir”, - səfir bildirib.

Onun sözlərinə görə, yanvarın 31-dən “Brexit”in tətbiqetmə prosesinə başlanılır.

“Bundan əlavə, Aİ ilə münasibətlərimizin gələcəyi ilə bağlı sazişlər üzərində işləyəcəyik. Bu, bizim üçün çox böyük işdir. Bu (Brexit - red.), İlk növbədə qanunlarımız, maliyyəmiz, sərhədlərimiz və s. üzərində nəzarətin özümüzə qaytarılmasıdır.

İkincisi, bu, bizə dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri üzərində işləmək imkanı verəcək. Məsələn, Çin, Hindistan və dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ ilə. Hesab edirik ki, bu, bizə çox böyük iqtisadi imkanlar verəcək.

Üçüncüsü, biz Aİ-nin üzvü olan Böyük Britaniyadan qlobal Böyük Britaniyaya çevrilməkdəyik. Çünki bildiyiniz kimi, Böyük Britaniya BMT Təhlükəsizlik Şurası, NATO, G7 və digər böyük təşkilatların üzvüdür. Biz artıq böyük qüvvəyik, amma bu (Brexit - red.), bizə daha qlobal Böyük Britaniya kimi mövqe tutmağa imkan verəcək”, - səfir vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər