17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Makron: “Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması..."
Tarix: 30-01-2020 14:50 | Bölmə: Dünya
Makron: “Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması..."

"Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zəmanətçilər sırasındadır".

Bu barədə Fransa prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) illik qala ziyafəti zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində vəzifəsini icra etməklə sülh danışıqlarının davam etdirilməsində əsas zəmanətçilərdən biridir”, - o deyib.

Dövlət başçısı həm Ermənistan baş naziri, həm də Azərbaycan prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb.

“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, - E. Makron xüsusi vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}