18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Cavuşoğlu yunanıstanlı deputata sərt cavab verib
Tarix: 30-01-2020 18:00 | Bölmə: Dünya
Cavuşoğlu yunanıstanlı deputata sərt cavab verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstan parlamentinin deputatı İoannis Laqosun Türkiyə bayrağını cırmasına münasibət bildirib.

Bu barədə M.Çavuşoğlu şəxsi “Twitter” hesabında paylaşım edib.

O, Türkiyə bayrağının şəklini paylaşaraq bunları yazıb: “Şanlı bayrağımıza qalxan əlləri necə qırdığımızı, dənizə necə tökdüyümüzü ən yaxşı irqçilər bilərlər. Avropanın ərköyün irqçi uşaqları hədlərini aşmasınlar. Avropa anti-islam və irqçiliyə yox deməlidir”.

Yunanıstanın Xarici İşlər Nazirliyi də Türkiyə bayrağının cırılması ilə bağlı etiraz bəyanatı yayıb: “Yunanıstan qəti şəkildə Türkiyənin milli simvollarının təhqir olunmasını pisləyir”.

XİN bunu neonasistlərin hərəkəti və öz partiyalarının reklamına yönəlmiş addım kimi qiymətləndirib.

Qeyd edək ki, Avropa Parlamentində yunan adalarındakı qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə olunanda yunanıstanlı deputat İoannis Laqos Türkiyə bayrağını cırıb. Yunanıstanın ifrat sağçı “Qızıl Şəfəq” Partiyasının keçmiş üzvü olan İonnas Laqos deyib ki, Yunanıstan vətəndaşlarının vəziyyəti heç kəsi maraqlandırmır, hamı qaçqınların durumunu müzakirə edir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər