18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ərdoğan: “8 şəhid verdik, çox səbr etdik, hər kəs öz məsuliyyətini anlamalıdır”
Tarix: 03-02-2020 20:57 | Bölmə: Dünya
Ərdoğan: “8 şəhid verdik, çox səbr etdik, hər kəs öz məsuliyyətini anlamalıdır”

“İdlib mövzusunda hər keçən gün daha ağırlaşdırıcı bir vəziyyət yaranır. Çox səbr etdik. Təəsüf ki, Rusiyanın da görməməzliyi bu problemi daha da pisləşdirir. Bu sabah Suriya rejiminin hücumları nəticəsində 8 şəhid verdik”.

NTV-nin verdiyi xəbərə görə, Ukraynada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən mətbuat konfransında bu fikirləri bildirib.

Ərdoğan deyib ki, bu hücumlar Türkiyə sərhədinə köç axınını gün-gündən artırır: “Bir milyona yaxın köç də gəlməkdədir. Biz bu insanları harada yerləşdirə bilərik? Məlumdur ki, sərhədə yaxın ərazidə zəlzələ təbii fəlakətini yaşadıq, çox itkilərimiz, dağıntılarımız oldu. Həm də qış mövsümü. Biz İdlibdən gələnləri yerləşdirmək qayğısındayıq, rejim də bizə hücumlar etməkdədir”.

Astana və Soçi razılaşmalarını xatırladan Ərdioğan “Bu razılaşmalar çərçivəsində hər bir tərəf öz məsuliyyətini anlamalıdır”, - deyə bildirib.

Mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski Suriyada şəhid olan Türkiyə vətəndaşları ilə əlaqədar başsağlığı verib.

FETÖ terror təşkilatının məktəblərinin Ukraynada fəaliyyətilə bağlı sualı cavablandıran V.Zelenski deyib ki, təhsil qurumları arxasında gizlənən terror təşkilatları ilə bağlı türkiyəli həmkarı ilə geniş müzakirələr aparılıb və lazımı tədbirlər görüləcək.

V.Zelenski eyni zamanda bildirib ki, Ukrayna ordusunun Türkiyəli müttəfiqlərindən dəstək alacağı da planlaşdırılıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər