18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Sabiq prezidentin həbsinə order verildi
Tarix: 04-02-2020 15:17 | Bölmə: Dünya
Sabiq prezidentin həbsinə order verildi

Pitermaritsburq şəhərinin Ali Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) sabiq Prezidenti Ceykop Zumanın həbsinə order verib.

"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, “SABC News” telekanalı xəbər verir ki, C. Zuma fevralın 4-də keçirilən məhkəmə prosesinə gəlmədiyi üçün Məhkəmə Təqibi Milli İdarəsi məhkəmədən onun həbsinə order verilməsini istəyib.

Dövlət ittihamçısı Billi Dauner bildirib ki, təqsirli bilinən şəxsin məhkəməyə gəlməməsi cinayət sayılır.

İdarə, həmçinin, sabiq Prezidentdən məhkəməyə gəlməməsinin səbəbi kimi göstərdiyi səhhətində problem yaranmasını təsdiq edən tibbi sənəd istəyib.

Telekanal xəbər verir ki, məhkəmə C. Zumanın həbsinə order verib və qərar mayın 6-da qüvvəyə minəcək.  

CAR-ın sabiq Prezidenti korrupsiya və dövlət əmlakını talan etmə cinayətlərində ittiham olunur. Məhz bu cinayətlərdə ittiham olunduğuna görə o, müxalifətin tələbi ilə 2018-ci ilin fevralında vaxtından əvvəl Prezident vəzifəsindən istefa verib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər