Rusiya hava hücumundan müdafiə sistemlərini hazır vəziyyətə gətirdi
Tarix: 04-02-2020 15:17 | Bölmə: Dünya
Rusiya hava hücumundan müdafiə sistemlərini hazır vəziyyətə gətirdi

Rusiya ölkə üzrə hava hücumundan müdafiə sistemlərini hazır vəziyyətə gətirib.

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Nazirliyin açıqlamasında bildirilir ki, Silahlı Qüvvələrin nəzarətində olan “S-300” və “S-400” hava hücumundan müdafiə sistemləri ölkənin Ural bölgəsində test edilib.

Ölkə fövqəladə durumla qarşılaşacağı təqdirdə hava hücumundan müdafiə sistemlərinin işləyib-işləmədiyini sınaqdan keçirmək məqsədilə həyata keçirilən test zamanı Rusiya Hava Qüvvələrinin nəzarətindəki “MİQ-31”, “AN-26” hərbi təyyarələrindən və “Mi-8” hərbi helikopterdən də istifadə olunub.

Nazirlik qeyd edib ki, hərbi təlimlərin ssenarisinə əsasən hava məkanına hərbi təyyarə və helikopterlərin sızması və döyüş mövqeyi alıb. Bunu fərq edən hava hücumundan müdafiə sistem və radarları sızmanın qarşısını alıb.

Müdafiə Nazirliyi bəyan edib ki, bütövlükdə ölkə üzrə hava hücumundan müdafiə sistemləri testdən keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}