Türkiyədə dəhşətli qar uçqunu: 13 nəfərin meyiti çıxarıldı - Ərdoğanın müşaviri də yaralandı
Tarix: 05-02-2020 15:31 | Bölmə: Dünya
Türkiyədə dəhşətli qar uçqunu: 13 nəfərin meyiti çıxarıldı - Ərdoğanın müşaviri də yaralandı

Türkiyənin Van vilayətində sərnişinlə dolu olan avtobusda hərəkət edən 50-dən çox adam qar uçqunu altında qalıb.

Reyting.az
xəbər verir ki, onlardan 25-i sağ, 13-nün isə meyiti çıxarılıb. 

Hazırda qalan 12 nəfərin xilas edilməsi üçün əməliyyat davam edir.

Məlumata görə, xilasetmə zamanı ikinci uçqun da baş verib. Nəticədə hadisə yerində olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan da ağır xəsratələr alıb.  O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Süleyman Soylu isə bildiirb ki ki, uçqun altında 10-15 nəfərin qaldığı gümün olunur. Onların xilasedilməsi işləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}