18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Çavuşoğlu: “İdlibdə Suriya rejiminin hücumu nəticəsində 2 mindən çox mülki şəxs öldürülüb”
Tarix: 06-02-2020 13:13 | Bölmə: Dünya
 Çavuşoğlu: “İdlibdə Suriya rejiminin hücumu nəticəsində 2 mindən çox mülki şəxs öldürülüb”

“İdlibdə Suriya rejiminin hücumu nəticəsində 2 mindən çox mülki şəxs öldürülüb”.

Bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Suriya rejimini müdafiə edən Rusiya və İranla üçlü formatda çoxsaylı görüşlər keçirilib: “Amma son zamanlar İdlibdə Suriya rejiminin hücumları hər kəsi narahat edir. Bu istiqamətdə Rusiya ilə müzakirələr aparırıq”.

Türkiyə Xarici İşlər naziri qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub: “Hazırda Rusiyadan Türkiyəyə nümayəndə heyətinin gəlməsini gözləyirik. Sonra prezidentlərin görüşü də ola bilər”.

M. Çavuşoğlu vurğulayıb ki, İdlibdə atəşkəsi Suriya rejimi pozur: “Bizim səbrimizin də bir həddi var. 8 əsgərimiz şəhid ediləndə qarşılığını verdik. Suriya rejimi dayanmasa, qat-qat artıq cavabını verəcəyik. Ancaq atəşkəsin təmin olunması tək Türkiyənin deyil, beynəlxalq aləmin də borcudur. Biz bu meydanda tək qalsaq da, gərəyini yerinə yetirəcəyik. Biz qərarlı olduğumuzu Rusiyaya söyləyirik. Rusiya ilə birlikdə çalışmağımız lazımdır. Bu sahədə problemləri birlikdə həll edə bilərik”.

APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər