Gürcüstanda Çin vətəndaşı koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirilib
Tarix: 06-02-2020 19:18 | Bölmə: Dünya
Gürcüstanda Çin vətəndaşı koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirilib

Çin vətəndaşı respirator xəstəlik simptomları ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, qadında yüksək temperatur, baş ağrısı, öskürək və ümumi halsızlıq qeydə alınıb.

Xəstəxanada pasiyentin vəziyyətini qənaətbəxş qiymətləndiriblər. Çinli qadında koronavirus infeskiyasının olması az ehtimal olunsa da, yekun nəticələr analizdən sonra məlum olacaq.

Çin vətəndaşının yanvarın 27-də Pekini tərk etdiyi, daha sonra Qazaxıstanda olduğu və Gürcüstana səfər etdiyi bildirilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}