18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ÜST: "Koronavirus epidemiyası pik nöqtəyə çatmayıb"
Tarix: 10-02-2020 17:10 | Bölmə: Dünya
ÜST: "Koronavirus epidemiyası pik nöqtəyə çatmayıb"

“Yeni növ koronavirusla bağlı epidemiya hələ pik nöqtəyə çatmayıb”.

“İnterfaks” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Çindəki nümayəndəsi Qauden Qalea deyib.

“Ən yaxşı əlamət sayın (yoluxanların – red.) pik nöqtəyə çatması və sonra azaldığını görməkdir. Amma biz hələ ki bu mərhələdə deyilik”, - o bildirib.

Onun sözlərinə görə, bu mərhələdə virusun Uhan şəhərindən yayılmasının qarşısının alınması üzrə tədbirlərin nəticə verib-vermədiyini söyləmək mümkün deyil.

Bununla yanaşı, Q.Qalea keçən həftə bir neçə gün ərzində Hubey vilayətində və onun paytaxtı Uhan şəhərində yeni yoluxanların və şübhəli xəstəlik hallarının sayında azalma müşahidə olunduğunu qeyd edib/Report. 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər