Aİ koronavirusla bağlı fövqəladə toplantı keçirəcək
Tarix: 10-02-2020 18:49 | Bölmə: Dünya
Aİ koronavirusla bağlı fövqəladə toplantı keçirəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səhiyyə nazirlərinin fevralın 13-də koronavirusla bağlı fövqəladə toplantısı keçiriləcək.

Bu barədə Aİ Komissiyasının sözçüsü Stefan de Keersmaecker məlumat verib.

Onun sözlərinə görə, nazirlər koronavirus epidemiyası ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan virusdan indiyədək 910 nəfər ölüb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}