18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyə Əsədə sərt mesaj verdi: "Hücum olsa, daha ağır zərbə vurulacaq"
Tarix: 12-02-2020 12:32 | Bölmə: Dünya
Türkiyə Əsədə sərt mesaj verdi: "Hücum olsa, daha ağır zərbə vurulacaq"

“İdlibdə yerləşən müşahidə məntəqələrimizə hücum ediləcəyi təqdirdə, Suriya hakimiyyətinə daha ağır cavab veriləcək”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Associated Press”ə müsahibəsində deyib.

Nazir bildirib ki, bununla əlaqədar olaraq Türkiyə ordusuna müvafiq təlimat verilib.

H. Akar qeyd edib ki, Türkiyə ordusu İdlibdə yerləşən müşahidə nöqtələrindən geri çəkilməyəcək.

Xatırladaq ki, dünən Türk ordusu Əsəd ordusuna ağır zərbələr endirib. Nəticədə Əsəd ordusunun 51 əsgəri öldürülüb, 2 tankı, 1 silah anbarı məhv edilib. 1 tank isə ələ keçirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər