18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ceyms Cefri: “İdlib məsələsində ABŞ və NATO Türkiyənin tərəfindədir”
Tarix: 12-02-2020 15:24 | Bölmə: Dünya
Ceyms Cefri: “İdlib məsələsində ABŞ və NATO Türkiyənin tərəfindədir”

Ankarada səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Türkiyəli diplomatlarla görüşü olub.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoya bildirib ki, xarici işlər nazirinin müavini Sedat Önalla keçirilən görüşdə Suriya münaqişəsi, Astana və Soçi razılaşmaları, İdlibdə baş verən son hadisələrdən danışılıb. 

Ceyms Cefri İdlibdə Türkiyənin 13 hərbçisinin ölümü ilə əlaqədar ABŞ dövləti adından başsağlığı verib. O bildirib ki, İdlib mövzusunda ABŞ və NATO müttəfiqi Türkiyənin tərəfindədir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər