16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabiq prezident: "Gürcüstan ciddi təhlükə qarşısındadır"
Tarix: 12-02-2020 19:09 | Bölmə: Dünya
Sabiq prezident: "Gürcüstan ciddi təhlükə qarşısındadır"

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili (2013-2018) siyasətə qayıdır.

Bu barədə o, özü yerli mətbuata bildirib.

Sabiq dövlət başçısı deyib ki, Gürcüstan ciddi təhlükə qarşısındadır və ölkənin qərbmeylli kursunun dəyişməməsi üçün hər şey etməyə hazırdır: “Biz Gürcüstanın demokratik və qərbyönümlü kursunu dəyişməyə imkan verməyəcəyik. Bu, ölkənin nə vaxtsa demokratik olacağı ümidi ilə yaşayanlar üçün əhəmiyyətlidir. Biz bu seçimi müdafiə etməyə çalışacağıq”.

G.Marqvelaşvili siyasətə hansı formada qayıdacağını dəqiqləşdirməyib və bu məsələ ilə bağlı müxalifətlə məsləhətləşmələrə hazır olduğunu qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}