18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Sabiq nazir məhkəmə qarşısına çıxarılacaq - Səbəb
Tarix: 13-02-2020 10:29 | Bölmə: Dünya
Sabiq nazir məhkəmə qarşısına çıxarılacaq

İtaliyada senat sağçı “Şimal Liqası” partiyasının lideri, ölkənin sabiq Daxili İşlər naziri Matteo Salvininin toxunulmazlığını ləğv edib.

BBC xəbər verir ki, M.Salvini miqrantları daşıyan gəmini qəbul etmədiyinə görə ittiham oluna bilər.

İttihama əsasən, eks-nazir ötən ilin avqust ayında Siciliya adasının sahilində göyərtəsində 116 miqrantın olduğu gəmini qeyri-qanuni olaraq bir həftə müddətində gözlədib.

M.Salvininin partiya yoldaşları toxunulmazlığın ləğvi ilə bağlı səsverməyə qatılmayıb və zalı tərk ediblər.

Salvini ona qarşı ittiham irəli sürüləcəyi təqdirdə məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin iyul ayında İtaliya prokurorluğu “Şimal Liqası”nın Rusiya ilə ehtimal edilən sövdələşməsi ilə bağlı araşdırmaya başlamışdı. Salvini Rusiyanın onun partiyasını maliyyələşdirməsi ilə əlaqədar bütün ittihamları rədd edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər