16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Səudiyyə Ərəbistanının “Tornado” qırıcısı qəzaya uğrayıb
Tarix: 15-02-2020 16:54 | Bölmə: Dünya
Səudiyyə Ərəbistanının “Tornado” qırıcısı qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus “Tornado” qırıcısının qəzaya uğraması təsdiqlənib.

Bu barədə "Saudi Press Agency" məlumat yayıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətər koalisiyasının rəsmi nümayəndəsi hadisənin baş verdiyini rəsmən təsdiqləyib.

Məlumata görə, hadisə fevralın 14-də yerli vaxtla 23:45-də baş verib.

Xatırladaq ki, KİV-də hərbi təyyarənin İran dəstəkli husilər tərəfindən vurulduğu barədə məlumatlar yayılmışdı/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}