18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı
Tarix: 19-02-2020 11:01 | Bölmə: Dünya
Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı

Rusiyanın Tula Dövlət Silah Muzeyində yerləşdirilən Azərbaycanın təhrif edilmiş xəritəsi muzeydən yığışdırılıb.

Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Moskvadakı səfirliyindən məlumat verilib.

"Bir sıra xəbər saytlarında Rusiya Federasiyasının Tula Dövlət Silah muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılmlanıb. Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılan səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib", - diplomatik nümayəndəlikdən bildirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər