18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Hər an hücuma keçə bilərik" - Ərdoğandan Əsədə son xəbərdarlıq
Tarix: 19-02-2020 13:55 | Bölmə: Dünya
"Hər an hücuma keçə bilərik" -  Ərdoğandan Əsədə son xəbərdarlıq

"Suriyanın İdlib şəhəri ilə bağlı problemi həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvada keçirilən görüşü nəticəsiz başa çatıb. Çünki təklif olunan variant bizi qətiyyən qane etmir".

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O təəssüflənib ki, indiyə qədər İdlibdə Türkiyə istədiyi nəticəni əldə edə bilməyib: "Ona görə də son xəbərdarlığımızı edirik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Hər an əməliyyatlara başlaya bilərik. Daha açıq formada desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər