18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rəsmi Noskvadan Türkiyənin İdlibdə hərbi əməliyyatlara başlayacağı haqda xəbərdarlığa - Reaksiya
Tarix: 19-02-2020 14:28 | Bölmə: Dünya
Rəsmi Noskvadan Türkiyənin İdlibdə hərbi əməliyyatlara başlayacağı haqda xəbərdarlığa - Reaksiya

Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə ordusunun İdlibdə hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

TASS-ın verdiyi xəbərə görə, D. Peskov Türkiyənin Suriyaya qarşı mümkün hərbi əməliyyatlarını İdlibdə hadisələrin inkişafı baxımından ən pis ssenari adlandırıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı arasında telefon danışığı barədə konkret plan yoxdur, lakin bununla belə yaxın saatlarda prezidentlər arasında telefon danışığı baş tuta bilər.

"İdlibdən döyüşçülərin hücum hərəkəti başladıqdan sonra, Suriya üzrə razılaşmalar Rusiyanı artıq qane etmir. Rusiya İdlibdə vəziyyətin gərginləşməsinə yol verməmək üçün Türkiyə tərəfi ilə danışıqları davam etdirəcək", - deyə D. Peskov vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında aparılan danışıqlarda nəticə əldə edilməyib. Rusiya XİN başçısı Moskvada aparılan danışıqlarda Rusiyanın Türkiyəyə qarşı yeni bir tələb irəli sürmədiyini də vurğulayıb.

“Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı Rusiya və Türkiyə arasındakı memorandumun şərtləri yerinə yetirilməlidir”, - deyə S. Lavrov qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər