İranın müdafiə naziri: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”
Tarix: 19-02-2020 16:28 | Bölmə: Dünya
İranın müdafiə naziri: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi yanvarın 8-də Tehran səmasında vurulan “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing” sərnişin təyyarəsinin “qara qutusu”nun oxunması ilə bağlı məsələyə aydınlıq gətirib.

İRNA xəbər verir ki, nazir hazırda “qara qutu”nun təmir olunduğunu bildirib.

“İranın müdafiə sənayesindən Ukrayna avialaynerinin “qara qutusu”nun təmir edilməsinə kömək etməsini istəmişik. Təmirdən sonra “qara qutu” oxunacaq”, - nazir deyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing” 737-800 təyyarəsi yanvarın 8-i Tehran hava limanı üzərində İran Silahlı Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində 167-si sərnişin, 9-u ekipaj üzvü olmaqla 176 nəfər ölüb. Ölənlər arasında 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü isə Böyük Britaniya vətəndaşı olub. İran rəhbərliyi yanvarın 11-i təyyarənin səhvən vurulmasını boynuna alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}