Koronavirusdan 2 029 nəfər ölüb - Çində
Tarix: 20-02-2020 08:41 | Bölmə: Dünya
Koronavirusdan 2 029 nəfər ölüb

Çində koronavirusdan ölənlərin sayı artıb.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər verir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 029 nəfərə çatıb.

Bir gün ərzində virusdan 114 ölüm hadisəsi baş verib. Ölkə üzrə ümumilikdə 16 155 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır.

Hazırda ölkədə 74 576 insan virusun daşıyıcısıdır. Virusa yoluxan 11 864 nəfərin vəziyyəti ağırdır.

31 əyalətdə koronavirusdan 56 303 nəfər müalicə alır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}