18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türk ordusu İdlibdə: "Rusiyaya aid 2 kəşfiyyatçı PUA və Əsəd qüvvələrinə məxsus 1 tank məhv edilib"
Tarix: 20-02-2020 15:36 | Bölmə: Dünya
Türk ordusu İdlibdə: "Rusiyaya aid 2 kəşfiyyatçı PUA və Əsəd qüvvələrinə məxsus 1 tank məhv edilib"

​​​​​​​Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

"Halab Today” xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-sını və B. Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

“CNN Türk”ün xəbərinə görə, İdlibdə B. Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər