18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Deputat: "Qumda koronavirusdan 50 nəfər ölüb"
Tarix: 24-02-2020 13:32 | Bölmə: Dünya
Deputat: "Qumda koronavirusdan 50 nəfər ölüb"

"Qum şəhərində koronavirusdan 50 nəfər ölüb”.

Reyting.az
“ILNa”-ya istinadla xəbər verir ki, bunu Qumdan millət vəkili seçilmiş Əhməd Əmirabadi Fərəhani bildirib.

“Şəhər koronavirusun yayılması baxımından yaxşı vəziyyətdə deyil və hesab edirəm ki, hökumətin virusa nəzarəti uğursuz olub, – deyə millət vəkili əlavə edib. - Lazımi karantin şəraiti yoxdur və xəstələri qorxu və narahatlıqla müalicə edilir. Qumda laboratoriya dəstləri çatışmazlığı var".

Əmirabadi Fərəhani “təəssüf ki, hökumətin kifayət qədər narahat olmadığını və böhran hiss etmədiyini”,- söyləyib:

“Düzdür, sakit olmalıyıq, ancaq heç bir şey olmamış kimi böhranı izləməməliyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər