18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Vəzifəmdən istefa verəcəm" - Nazir müavinindən deputatın iddiasına cavab
Tarix: 24-02-2020 15:43 | Bölmə: Dünya
"Vəzifəmdən istefa verəcəm" - Nazir müavinindən deputatın iddiasına cavab

"Qum şəhərində 50 nəfərin koronavirdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edirik".

Bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm".

O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər