18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rəsmi Tehran: “Koronavirus problemini siyasiləşdirməyin”
Tarix: 24-02-2020 18:16 | Bölmə: Dünya
Rəsmi Tehran: “Koronavirus problemini siyasiləşdirməyin”

İrandakı “İslahatçı” siyasi qanadın tanınmış təmsilçisi Mustafa Taczadə “Tvitter” səhifəsindəki qeydi ilə hökuməti tənqid edib.

Reyting.az
“ILNa”-ya istinadla xəbər verir ki, Taczadə yazıb:

“Niyə Çindən İrana səyahət ölkədə “korona”nın ortaya çıxmasından dərhal sonra qadağan edilmədi? Niyə Qum şəhəri, dini və ictimai yerlər, tədris məkanları yoluxma halları aşkarlandıqdan sonra dərhal karantinə bağlanılmadı? Epidemiyanın gəliş tarixi, ölənlərin və koronavirusluların dəqiq sayı barədə rəsmi məlumatlar niyə həkimlərin açıqladığı rəqəmlərdən fərqlidir?”

İran hökumətinin sözçüsü Əli Rəbii isə koronavirusun qlobal bir problem olduğunu söyləyərək, problemi siyasiləşdirməkdən çəkinməyə çağırıb. “Koronavirus iqtidar və müxalifət arasında fərq qoymur. Hamımız bu xəstəliyə qarşı mübarizə aparmalı və Səhiyyə Nazirliyinin yanında olmalıyıq. Bütün tərəfləri və medianı xəstəliyin ciddi şəkildə siyasiləşdirilməməsinə çağırırıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər