Ağ Ev koronavirusa görə Konqresdən 1 milyard dollar istəyəcək
Tarix: 24-02-2020 23:12 | Bölmə: Dünya
Ağ Ev koronavirusa görə Konqresdən 1 milyard dollar istəyəcək

Ağ Ev bu həftə ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün təcili yardım fondundan 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərəcək.

Bu barədə “Washington Post” qəzeti planlaşdırma ilə məşğul olan üç işçiyə istinadən məlumat yayıb.

“Təfərrüatlar hələ də razılaşdırılır. Yaxın günlərdə təxminən 1 milyard ABŞ dolları ayrılması üçün Konqresə sorğu göndərilməlidir”, - deyə nəşr qeyd edib.

“Politico” nəşri isə bildirib ki, bu vəsait peyvəndin hazırlanması və laboratoriya testlərinin aparılması üçün istifadə ediləcək/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}